Azad Rəhimov Quba sakinlərini qəbul edib

Azad Rəhimov Quba sakinlərini qəbul edib

Bu gün nazir Azad Rəhimov Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

İdman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi və digər mövzularla bağlı müraciətlərin sayı 20-ə qədər olub.

5-dən artıq müraciət gənclər mərkəzlərinin tikintisi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub.

Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi və işlə bağlı edilib.

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə