9 ayda 4985 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunub
Car ilin 9 ay müddətində Daxili İşlər Nazirliyi tərəfindən görülən kompleks tədbirlər nəticəsində narkotik vasitələrlə bağlı 2099 cinayət faktı (ölkə üzrə cinayətlərin 91.2 fazini təşkil edir) aşkar olunub. Bu barədə SİA-ya Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev məlumat verilib.
O bildirib ki, bu müddət ərzində DİN tərəfindən 534 kq 874.101 qr (götürülən narkotik vasitələrin 63.4 faizini təşkil edir) müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.
Onun sözlərinə görə, cari ilin 9 ayı müddətində Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı 28 cinayət faktı üzrə 139 kq 130.911 qr narkotik vasitə dövriyyədən çıxarılıb: " Bu müddət ərzində həmçinin Dövlət Gomrük Komitəsi tərəfindən 109 fakt üzrə 109 kq 713.204qr, Dövlət Sərhəd Xidməti tərəfindən 12 fakt üzrə 59 kq 497 qr, Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən 54 fakt üzrə isə 174.219 qr narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb".
V. Quliyev həmçinin qeyd edib ki, qeyd edilən tarix müddətinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunan şəxslərin sayı 4985 nəfərdir. O qeyd edib ki, 9 ay müddətində narkotik vasitələrin və psixitrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə gösrə təsdiqləndirilən şəxslərin sayı 1077, nəfər narkomaniyadan məcburi müalicı təyin edilən məhkumların sayı isə 2540 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB