"Dekabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında bildirib ki, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə saatlarında 0 dərəcəyə yaxın, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir: "Şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-3 dərəcə şaxta olacağı gözlənilir".
Gürşad Məmmədova deyib ki, dekabrın 18-19-da meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir: "Yaxın 2-3 gün ərzində ölkədə hava şəraiti nisbətən sabit olacaq, gün ərzində əsasən yağmursuz keçəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB