“12,7 mm-lik "Mübariz" snayper tüfəngi ilin sonunda Silahlı Qüvvələrdə silahlanmaya qəbul olunacaq”

Müdafiə Sənayesi Nazirliyi bir sıra sahələr üzrə döyüş sursatlarının seriyalı istehsalına başlayıb

"Müdafiə Sənayesi Nazirliyi artıq bir sıra sahələr üzrə döyüş sursatlarının seriyalı istehsalına başlayıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir bildirib ki, 2013-cü ildə Müdafiə Sənayesi Nazirliyinin 5 istehsal sahəsi istismara verilib: "Həmin istehsal sahələrinin hamısının açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib. Hazırda birinci istehsal sahəsində 12,7 mm, 14,5 mm, 23 mm və 30 mm-lik döyüş sursatlarının seriyalı istehsalına başlanılıb. Yaradılmış ikinci sahədə bütün növ döyüş sursatlarının utilizasiyası prosesi həyata keçirilir. Digər sahədə 60 mm, 82 mm, 120 mm-lik mərmilərin, eləcə də aviabombaların son texnologiaya ilə partlayıcı maddələrlə doldurulması prosesləri gedir və artıq onların seriyalı şəkildə istehsalı həyata keçirilir. Bununla bərabər, 5 növ kapsulun seriyalı istehsalına başlanılıb. Eləcə də, 120 mm-lik minaatanların tam yaradılması işləri başa çatdırılıb və onların seriyalı istehsalına başlanılıb.

Eləcə də 5,45 mm-dən başlamış 14,5 mm-ə qədər döyüş sursatlarının mənfi 50 dərəcədə və müsbət 50 dərəcədə sınaqlarının bütün parametrlər üzrə keçirilməsi üçün sınaq mərkəzi artıq fəaliyyətə başlayıb. Həmin mərkəzdə adıçəkilən bütün kalibrli döyüş sursatları sınaqdan keçirilərək müvafiq qurumlara təhvil verilir".

Y.Camalov kiçik kalibrli reaktiv sistemlərlə bağlı suala cavab olaraq isə bildirib ki, bunlar əvvəllər idarə olunmayan raketlər idi, artıq nazirlikdə onların idarə olunması üzərində elmi-tədqiqat işləri davam etdirilir.

Nazir bildirib ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən 12,7 mm-lik "Mübariz" snayper tüfəngi üzərində son tamamlama işləri gedir: "Bu ilin sonunda tüfəng Silahlı Qüvvələrdə silahlanmaya qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...