Nazir: “Müdafiə Sənayesi Nazirliyinin ixracatında əsas yeri Türkiyə və İordaniya tutur”
"Türkiyədə, eləcə də bir sıra dövlətlərdə Azərbaycanda istehal olunan müdafiə sənayesi məhsullarına böyük maraq var". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Onun sözlərinə görə, bunun nəticəsi olaraq nazirlik 3 ölkədə beynəlxalq tenderlərdə iştirak edib və qalib olub: "Hazırda həmin məhsulların ixracı istiqamətində təşkilati işlər aparılır. İxracatda əsas yeri Türkiyə, İordaniya və başqa ölkələr tutur".
Nazir gələn ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisinə hazırlıq işləri barədə də danışıb. "2014-cü ildə Azərbaycanda keçiriləcək bu sərgi regionda ilk belə tədbir olacaq. Hazırda sərgi ilə bağlı ciddi təşkilati işlərlə məşğuluq. Bu günə olan məlumata görə, artıq 21 ölkədən 100-dən artıq şirkət sərgidə iştirak edəcəyini təsdiqləyib. Ümidvarıq ki, regionda ilk dəfə keçirilən bu sərgi yüksək səviyyədə başa çatacaq və ölkəmizin siyasi, iqtisadi, hərbi potensialının və nüfuzunun artmasına kömək edəcək".
Nazir qeyd edib ki, Azərbaycanda müdafiə sənayesi sahəsində 2014-cü il üçün dövlət sifarişi proqramı artıq formalaşıb və təkcə Müdafiə Nazirliyi deyil, digər qurumlar da öz sifarişlərini ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB