Türkiyənin “Kanal D” telekanalı Naftalan neftindən bəhs edən sujet hazırlayıb
Bu gün Türkiyənin "Kanal D" telekanalında Naftalanda çıxan müalicə əhəmiyyətli neftin insan sağlamlığına xeyrindən bəhs edən sujet efirə verilib. SİA-nın məlumatına görə, sujetdə Azərbaycanın neftlə zəngin ölkə olduğu vurğulanır və Naftalan neftinin müalicə əhəmiyyətliliyindən danışılır.
Müəllif qeyd edir ki, Naftalan nefti ilə müalicə neft terapiyası adlanır.
Sujetdə həmçinin Özbəkistandan gələn xəstənin oynaq ağrılarından əziyyət çəkdiyi və neft vannalarından sonra ağrılarının tamamilə keçdiyindən bəhs edilir.
Müəssisənin həkiminin sujetdə bildirdiyinə görə, neft vannaları qadın və kişi sonsuzluqlarına, əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir.
Sujetdə vurğulanır ki, Naftalana əsalarla gələn xəstələr müalicədən sonra əsasız olaraq evlərinə qayıdırlar.
Müəllif qeyd edir ki, Azərbaycanın müalicə əhəmiyyətli nefti Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB