Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 10.1-ci bəndində dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi nəzərdə tutulub. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununa görə də dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı davamlı olaraq maarifləndirmə həyata keçirilməlidir.
Yuxarıda qeyd edilən aktlara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə "Dövlət qulluğunda etika" mövzusunda seminar keçirib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd bu sahədə olan Azərbaycan və beynəlxalq təcrübənin müqayisəsi, etik məsələlərin aktual problemləri ətrafında müzakirələrin aparılması və dövlət qulluqçuları üçün etik kitabçanın və müvafiq təlim modulunun hazırlanması üzrə müzakirələrin aparilması olub.
Seminar Almaniyanın Dövlət Qulluqçuları Federasiyasının Təlim və Araşdırmalar Akademiyasının (DBB Akademie) qeyd edilən sahə üzrə təcrübəyə malik təlimçisi Hans Riger və Polşa Təlim Mərkəzinin eksperti Paula Borovska tərəfindən aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB