Yaranmış fürsəti əldən verməyin, məqsədlərinizə çatmağa çalışın ULDUZLARIN MƏSLƏHƏTİ
OĞLAQLAR üçün bütövlükdə uğurlu həftədir. Amma çox şey qətiyyətinizdən və təşəbbüskarlığınızdan asılı olacaqdır. Bir işə başlamamışdan əvvəl yaxınlarınızın razılığını alın. Onların köməyinə ehtiyacınız var. Bu həftə gəlir gözlənilir, lakin pulları havaya sovurmayın. İstirahət günlərini məişət qayğılarına həsr edin. Bunun sayəsində gücünüzün artdığını hiss edəcəksiniz.
DOLÇALAR nə isə qeyri-adi bir şey düşünüb tapacaqlar. Bunun sayəsində də kütlədən seçiləcəklər. Bu həftə əməlli-başlı işləməlisiniz. Bütün ayıq-sayıqlığınızı səfərbərliyə alıb hər şeyi nəzarətdə saxlamalısınız. Onda vacib saydığınız layihələri həyata keçirib, ətrafdakıların rəğbətini qazana bilərsiniz. Rəhbərlik də xidmətlərinizi yüksək qiymətləndirəcəkdir. Öz gücünüzə və imkanlarınıza inam hissini itirməyin.
BALIQLAR yeni işin qulpundan heyrətamiz inadkarlıqla yapışacaqlar. İdeyalarınızı ətrafdakı insanlarla bölüşsəniz, həm lider olduğunuzu, həm də təşkilatçılıq bacarığınızı nümayiş etdirəcəksiniz. İşlərin yağ kimi getdiyi bir vaxtda, yaxşı olar, yeni, hələ tədqiq olunmamış istiqamətləri araşdırasınız. İşdəki mövqeyinizin möhkəmlənməsi sayəsində yeni peşəkarlıq hüdudlarına çıxa bilərsiniz.
Köhnə tanışlıqların və işgüzar əlaqələrin bərpa olunması QOÇLAR üçün çox faydalı ola bilər. Enerjinizi fəallıq və inadkarlıq, eyni zamanda təmkin və səbir tələb edən problemlərin həllinə yönəltməlisiniz. İşinizlə bağlı olmayan məsələlərdə canfəşanlıq etməyin, güzəştə getməyi bacarın. Maliyyə durumunuzda dəyişiklik gözlənilmir.
BUĞALAR qətiyyətli və çalışqan olmaları sayəsində plan və niyyətlərinin xeyli hissəsini həyata keçirəcəklər. Perspektivli tərəfdaşlıq münasibətləri qurmaq bu həftənin ən mühüm vəzifələrindən biridir. Həmkarlarınızla dil tapmalısınız. Eyni zamanda rəhbərliyin dəstəyinə bel bağlaya bilərsiniz. Düşünülməmiş hərəkətlər maliyyə sabitliyinizə ziyan vura bilər. Odur ki, diqqətli və ehtiyatlı olun.
ƏKİZLƏR yaxın keçmişdə yol verdikləri səhvləri başa düşüb, onları düzəltməyə çalışmalıdırlar. Etiraf edin ki, qərarlarınız heç də həmişə əsaslı olmur. Yaşca böyük müdrik yoldaşlarınızın məsləhətlərinə qulaq asın. Onda bütün işləriniz qaydasında olacaqdır. Maliyyə durumunuz sabitdir. Bu həftə aldadıla bilərsiniz. Tez varlanmağa meyl etməyin. Yaxşı bilirsiniz ki, indi heç kəs heç kəsin kitabını müftə oxumur.
XƏRÇƏNGLƏR bu həftə bir çox sahələrdə uğur qazanacaqlar. Bütün işlərinizi yüksək keyfiyyətlə və sürətlə başa çatdıracaqsınız. Yaranmış fürsəti əldən verməyin, məqsədlərinizə çatmağa çalışın. Planlarınızın icrasına nə qədər tez başlasanız, bir o qədər nəticəyə əldə edə bilərsiniz. Maliyyə durumunuz da əladır. Siz ailə büdcəsini nəinki qoruyub saxlayacaq, həm də onu artıracaqsınız.
ŞİRLƏRİ yeni ideyalar və cəsarətli layihələr gözləyir. Təsadüfi olan maraqlı bir görüş sərfəli işgüzar sazişin imzalanması ilə nəticələnəcəkdir. Münaqişəli vəziyyətlərə yol verməyin, lakin əgər münaqişə yaranıbsa, onu sülhlə həll etməyə çalışın. Onda nüfuzunuzun artdığının şahidi olacaqsınız. Həftə maliyyə baxımından çox uğurludur. Yaxşı bazarlıq edəcəksiniz.
QIZLAR əsas fəaliyyətləri ilə bağlı əlavə qazanc yolu ilə maddi durumlarını xeyli yaxşılaşdıracaqlar. Karyera pillələri ilə sürətlə irəliləmək üçün nüfuzlu adamlar ilə tanış olmalısınız. Tez-tez ekstra hissinizi dinləməyə çalışın. O, heç vaxt sizi dar ayaqda qoymaz.
TƏRƏZİLƏR yeni istiqamətlərdə özlərini sınamalıdırlar. Yeni məsələlərin həllinə hazır olmalı, təzə ideyalar irəli sürməlisiniz. Rəhbərlik və həmkarlarınız işinizi qiymətləndirəcəklər. Siz vacib layihələri həyata keçirib, hamının hörmətini qazanacaqsınız.
ƏQRƏBLƏR başqa insanların işlərində yaxından iştirak edəcək, yeni dostlar tapacaqlar. Lakin bütün bunlar vaxtınızın çoxunu əlinizdən alacaqdır. Yeni tanışlara barmaqarası baxmayın. Bu həftə qurduğunuz tanışlıqlar gələcəkdə sizə çox kömək edəcəkdir. İşdə az danışıb, çox iş görməlisiniz. Planlarınızı gizli saxlayın. Sənəd və müqavilə ilə bağlı inzibati məsələlərdə diqqətli olun.
Bu həftə OXATANLAR çox yaxşı əhval-ruhiyyədə olacaqlar. Perspektivli planlar quracaqsınız. Vəzifəniz artırıla bilər. Əgər fəal və məqsədyönlü olsanız, istənilən məqsədinizə asanlıqla çata bilərsiniz. Bu günlər qurduğunuz faydalı tanışlıqlar vaxtı gələndə əlinizdən tutacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB