Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Bakı şəhərinin 9-cu mikrorayonunda sakinlərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə adıçəkilən rayonun gənclərinin elmə marağını daha da artırmaq təklif olunub. Təşəbbüs Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səid Hüseynov tərəfindən irəli sürülüb.
Binəqədi sakini olan AMEA əməkdaşı rayonun gənclərinin intellektual fəaliyyətini stimullaşdırmaq istiqamətində birgə səylərə ehtiyac yarandığını vurğulayıb. O, Akademiya rəhbərliyi tərəfindən gənclərin elmi fəaliyyətinə xüsusi qayğı ilə yanaşıldığını nəzərə çatdırıb, sözügedən rayonun da gənclərini bu qayğıdan faydalanmağa cəlb etməyin zəruri olduğunu qeyd edib. Bu məqsədlə xüsusi layihə, müsabiqə və digər təşəbbüslər barədə təkliflər irəli sürülüb.
İcra başçısı X.İsgəndərov təklifləri qəbul edib, həyata keçirilməsi üçün yerində göstəriş verib. Birgə təşəbbüslərin reallaşdırılması imkanlarını müzakirə etmək niyyəti ilə görüşlər planlaşdırılır.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB