20 il ərzində əhalinin ümumi sayı 1 milyon 916 min 500 nəfər artıb
Son 20 il ərzində əhalinin ümumi sayı 1 milyon 916 min 500 nəfər artıb. SİA-nın məlumatına görə, bu barədə statistik rəqəm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan "Ailə Strategiyası"nda öz əksini tapıb.
Startegiyada yer alan məsələlərdən danışan komitənin şöbə müdiri Aynur Veysəlova bildirib ki, 1993-cü ildə əhalinin sayı 7 milyon 440 min idisə, 2013-cü ildə bu rəqəm 9 milyon 356 min 500 nəfərə çatıb.
Onun sözlərinə görə, son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət demək olar ki bərabərləşib: "1993-cü ildə əhalinin 3 milyon 641 min 200 nəfəri (49 faizi) kişi 3 milyon 798 min 800 nəfəri isə (51 faizi) qadın idisə, 2013-cü ildə əhalinin 4 milyon 648 min 800 nəfəri (49.7 faizi) kişilər, 4 milyon 707 min 700 nəfərini (50.3 faizi) isə qadınlar təşkil edib".
A. Veysəlova, həmçinin vurğulayıb ki, əhalinin təbii artım əmsalında da rəqəmlər son 20 ildə dəyişilib: " 1993-cü ildə 121 min 809 nəfər (16.5 faiz) olub. Təxminən 1995-ci ildən bu rəqəm azalmağa başlanıb və 2003-cü ildə təbii artım 7.9 faiz olub. 2006-cı ildə təbii artımda yüksəliş müşahidə olunub. Belə ki, 2012-ci ildə təbii artım 119 min 452 nəfər (13 faiz) təşkil edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB