843 kq-dan çox narkotik vasitələr qanunsuz dövriyyədən götürülüb
"Cari ilin ötən 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2302 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 843 kq 389,435 qr müxtəlif növ narkotik vasitələr götürülüb". Bu barədə SİA-ya açıqlamasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Vasif Quliyev deyib.
O bildirib ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 402 kq 46,651 qr-ı marixuana, 158 kq 635,924 qr-ı həşiş, 136 kq 058,386 qr-ı tiryək, 97 kq 417,719 qr-ı heroin, 49 kq 230,725 qr digərləri, əlavə olaraq 4800 diazepam həbi təşkil edib.
Onun sözlərinə görə, ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrinin 47,6 faizini marixuana, 18,7 faizini həşiş, 16,2 faizini tiryək, 14,4 faizini heroin və 5,8 faizini psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir: "Həmçinin ölkədə "Xaş-Xaş 2013" şərti ad altında həyata keçirilən tədbirlər nəticəsində qəsdnən əkilib becərilən və yabanı halda bitmiş 295 ton 784 kq-dan artıq narkotik tərkibli bitkilər yaşıl kütlə halınd aşkar ilunaraq məhv edilib. Cinayət məsuliyyətinə cəlb edilən 1794 nəfərdən 37 xarici ölkə vətəndaşı olub. Onlardan 25-i İran, 8-i Rusiya, 2-i Gürcüstan, 1-Türkiyə, 1nəfəri isə Ukrayna vətəndaşıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB