"Gənclər narkomaniyaya yox deyir"

"Gənclər narkomaniyaya yox deyir"

Bu gün Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Gənclər narkomaniyaya yox deyir" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə narkomaniyaya həsr edilən film nümayiş olunub.

Konfransda ilk çıxış edən BŞGİBİ-nin rəis müavini Aydın Yusifov bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2007-ci il tarixli, 2271 saylı Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın yerinə yetirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürlərin formalaşdırılması və QİÇS-in profilaktikası sahəsində tədbirlərin səmərəliliyinin artırılmasından ibarətdir.

Onun sözlərimə görə, mövzu hər zaman idarənin əsas diqqət mərkəzindədir və bu günə qədər bu mövzuda bir çox tədbirlər həyata keçirilib.

Tədbirdə idarə rəsmiləri, Səhiyyə Nazirliyinin nümayəndələri, bu sahə ilə çalışan QHT-lər iştirak ediblər. Onlar da çıxış edərək mövzu və onun mübarizəsi ilə əlaqədar öz fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə