Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. SİA-nın məlumatına görə, Hacı Allahşükür Paşazadə məktub vasitəsilə Azərbaycan, Qafqaz müsəlmanları və öz adından Vladimir Putini Rusiyanın dövlət bayramı, Konstitusiya günü və Rusiya Federasiyasının əsas Qanunun qəbulunun 20 illiyi münasibəti ilə təbrik edib: "Rusiya Federasiyasının Konstitusiyası insanları milli və dini mənsubiyyətinə görə ayırmayan bütün ölkələrə və xalqlara xüsusilə də yaxın qonşuları və strateji müttəfiqləri ilə mehriban qonşuluq münasibətlərində olan demokratik inkişafının möhkəm təməlidir".
A.Paşazadə məktubunda həmçinin qeyd edib ki, Qafqaz müsəlmanları dualar edirlər ki, hələ uzun illər Rusiyanın taleyi, onun inkişaf yollarının seçimi həqiqi lider, görkəmli şəxsiyyət, insanların etmadını və dəstəyini qazanan XXI əsr Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə həvalə edilsin: "Arzu edirəm ki Rusiya və Azərbaycan möhtərəm Vladimir Vladimiroviçin və İlham Heydər oğlunun səyləri ilə qarşılıqlı hörmət nümunəsi olan mehriban qonşuluq, strateji əməkdaşlıq münasibətlərin bundan sonra da inkişaf etdirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB