Bu gün Premyer Liqada 17-ci tura yekun vurulub

Bu gün Premyer Liqada 17-ci tura yekun vurulub

Bu gün Premyer Liqada 17-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə daha üç qarşılaşma keçirilib.

İlk olaraq meydana "Bakı" və "Qarabağ" klubları çıxıb. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyəli mütəxəssis Mustafa Dənizlinin baş məşqçisi olduğu "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Rəvan"ı qəbul edib. İlk görüşündə "İnter"lə 0:0 bərabərə qalan Mustafa Dənizli Premyer Liqada ilk qələbəsini qazanıb. Cənub təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0.

Turun mərkəzi qarşılaşması Bakıda baş tutub. Burada çempionluq uğrunda mübarizə aparan iki komanda - "Neftçi" və "Qəbələ" klubları üz-üzə gəliblər. Oyun 2:1 hesabı ilə "Neftçi"nin qələbəsi ilə başa çatıb.

Bununla da "Neftçi","Qarabağ", "Qəbələ" anoloji olaraq ilk üçlüyü tuturlar.

15 dekabr (bazar)

Premyer Liqa, 17-ci tur

18:00."Neftçi" - "Qəbələ" - 1:1 (İkinci hissə)

Qollar: Araz Abdullayev, 12-pen (1:0), Leonardo Da Silva, 45+1-pen. (1:1)

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.

8-ci km qəsəbə stadionu

14:00."Bakı" - "Qarabağ" - 2:1

Qollar: Çesnauskis, 58 (1:0), Rauf Əliyev, 73 (2:0), Kapolonqo, 75 (2:1)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov

"Bakı" FK-nın təlim məşq bazasının stadionu

16:00."Xəzər Lənkəran" - "Rəvan" - 1:0

Qol: Mbilla, 27 (1:0)

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov.

"Xəzər Lənkəran" mərkəzi stadionu

14 dekabr (şənbə)

"Simurq" - AZAL - 3:0

Qollar: Draqan Çeran, 25 (1:0), Raul Kostin, 45 (2:0), Ruslan Poladov, 85 (3:0)

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov.

Zaqatala şəhər stadionu

"İnter" - "Sumqayıt" - 2:0

Qollar: Abdulla Abatsiyev, 32 (1:0), Vaqif Cavadov, 88 (2:0)

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.

"Şəfa" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə