Bu il 1000 nəfər məhkum işlə təmin olunub

Bu il 1000 nəfər məhkum işlə təmin olunub

Məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən tədbirlər sahəsində Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən müəyyən irəliləyişlərə nail olunub, əvvəlki illə müqayisədə son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub. Bununla belə daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür. Bu məqsədlə aidiyyəti beynəlxalq təşkilatlar, dövlət və özəl qurumlar, habelə vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu sahədə həyata keçirilən son tədbirlər Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək Proqramı" üzrə 16 cəzaçəkmə və 4 məntəqə tipli cəzaçəkmə müəssisəsində əlavə iş yerlərinin təşkili olunmasıdır. Azərbaycan Respublikasının Ədliyyə Naziri birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun xüsusi nəzarəti altında həyata keçirilmiş tədbirlər nəticəsində bir neçə cəzaçəkəmə müəssisəsində yeni istehsal sahələri yaradılmış, digərlərində isə köhnə avadanlıqlar müasirləşdirilmiş, fərdi əmək sahələri yeni dəzgah və alətlərlə təmin olunub.

Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə