Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi və Mülki Müdafiə Qoşunları komandanının birinci müavininin rütbələri artırılıb

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi və Mülki Müdafiə Qoşunları komandanının birinci müavininin rütbələri artırılıb

Prezident İlham Əliyev Elmar Hüseynova general-mayor hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının birinci müavini Elmar Ramiz oğlu Hüseynova general-mayor hərbi rütbəsi verilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Məhərrəm oğlu Əliyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə