Draytulinq üzrə ilk Respublika Çempionatına start verildi FOTOLAR
Bu gün "ClimBaku" İdman Dırmanma Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə keçirilən Draytulinq üzrə ilk Respublika Çempionatına start verilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, çempionatın bu gun keçirilən təsnifat yarışında FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubunun ("Qərb Universiteti", "AMEAST", "A+A", "Ekosport", "Murov", "FHN İdman Klubu", "Salavat", "Zirvə", "Şahdağ", "Yanardağ", "Rock Stone", "Babadağ", "Qaya Qartalları", "Mauntain Bee", "Tanrıdağ", "Gəncə", "Daşkəsən", "Kəmər Qaya", "Nuxa", "Gənclik", "Macəra", "Skautlar", "İrəli", "Memarlıq Akademiyası", "Texniki Universitet", "Qafqaz", "Simurq", "Kəpəz", "Gömrük", "Extralife", "Kyanit", "Şəki AMA" və s.) 160-dan artıq idmançısı qüvvələrini sınayır. Yarış qızlar, oğlanlar və komandalar arasında keçirilir.
Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyənləşdirərək beynəlxalq yarışlarda Respublikanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.
Çempionat iki gün davam edəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB