Aramsız yağan qar Yardımlı rayonunda müəyyən fəsadlarla müşayiət olunub. SİA-nın Cnub bürosunun məlumatına görə, son günlər yağan qar rayon yollarında nəqliyyatın, maşın-mexanizmlərin hərəkətini çətinləşdirib. Yolların qardan təmizlənməsi istiqamətində intensiv tədbirlər görülür. Belə ki, dağ kəndləri ilə əlaqə saxlamaq məqsədi ilə Rayon İcra Hakimiyətinin təşəbbüsü ilə həmin ərazilərə ağır texnikalar cəlb olunub. Hazırda yollarda ağır texnikalar çalışır. Ərzaq məhsullarının alınmasında da heç bir problem yoxdur. Bir sözlə, Yardımlı rayonuna fasiləsiz yağan qar hələlik sakinlərin gündəlik həyatında ciddi çətinlik yaratmayıb. Rayona elektrik enerjisinin verilişində də heç bir problem baş verməyib.
Qarın hündürlüyü Yardımlı rayonunun mərkəzində 30-40 sm, ucqar ərazilərdə isə 50-60 sm təşkil edir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB