AMEA “Bilik” cəmiyyətinin fəaliyyətini yenidən bərpa edəcək

AMEA “Bilik” cəmiyyətinin fəaliyyətini yenidən bərpa edəcək

"Bu yaxınlarda Azərbaycanda bir vaxtlar mövcud olan "Bilik" cəmiyyətinin fəaliyyətinin yenidən bərpa olunması nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, bu cəmiyyətin vasitəsi ilə ən ucqar rayon və kəndlərimizə bilik haqqında informasiyaları çatdırmaq mümkün olacaq: "Hazırda informasiya-kommunikasiya texnologiyaları bu informasiyaların çatdırılması işini yüngülləşdirib".

A.Əlizadə qeyd edib ki, əhali ilə, rayonda oxuyan tələblərlə canlı görüşün keçirilməsi və onların daha ətraflı məlumatlandırılması üçün bu bilik cəmiyyətinin əhəmiyyəti olduqca böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə