Gürcüstan Respublikasının Gənclərlə İş və İdman Nazirliyi yanında Uşaq və Gənclər Birliklərinin İnkişafı Fondunun dəvəti ilə 13-14 dekabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov Tiflis şəhərində rəsmi səfərdə olublar. Fonddan SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Gürcüstan Respublikasının Gənclərlə İş və İdman Nazirliyi yanında Uşaq və Gənclər Birliklərinin İnkişafı Fondunun 2013-cü il üçün fəaliyyətinin yekun-hesabat mərasimində iştirak etməklə yanaşı, təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və birgə layihə imkanları məsələləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB