Ölümlə nəticələnən qəza hadisəsi baş verib

Ölümlə nəticələnən qəza hadisəsi baş verib

Ötən gün saat 18:30 radələrində Yasamal rayonu A.Şərifzadə küçəsində Bakı şəhər sakini İslam Mikayılov idarə etdiyi "Daewoo" markalı avtobusla Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Akif Quliyevi vurub. Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, A. Quliyev daxil olduğu xəstəxanada ölub.

Bundan əlavə ötən gün BŞBPİ oğirluq hadisəsi də qeydə alıb. Belə ki, saat 20:20 radələrində Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Səlminaz Hacıyevanın ağzını əl ilə tutaraq əlindən çantasını alıb. O, müqavimət göstərdikdə ayaqla kürək və əl nahiyyəsindən vuraraq barmağında olan üzüyü çıxarmağa cəhd dib. Keçirilən əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, Yevlax rayon sakini Elnur Elyasov Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Digər oğurluq halı gecə saat 03 radələrində Şimal-Dres qəsəbəsində qeydə alınıb. Ş.Bayramov küçəsində yerləşən, Sevda Abbasovaya məxsus mağazadan, pəncərəni çıxarma yolu ilə oğurluğa cəhd edən Bakı şəhər sakini Aleksey Vladimiroviç Nikolayev Xəzər RPİ Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən yaxalanıb. Müəyyən olunub ki, o, sentyabrın 3-nə keçən gecə də həmin mağazadan pul və tütün məmulatları oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə