Azərbaycanda "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin sayı 1 milyonu 250 mini ötüb. "Facebook" istifadəçilərinin sayına görə tərtib edilmiş dünya reytinqində ölkəmiz 84-cü yerdə qərarlaşıb. Dövlətimiz bu xidmətindən istifadəyə görə, Gürcüstan (85), Qazaxıstan (94), Belarus (104), Estoniya (107), Latviya (109), Ermənistan (112), Moldova (118), Özbəkistan (137) və Qırğızıstan (147) kimi ölkələri qabaqlayıb. Hazırda Azərbaycanda "Facebook"dan əhalinin 11,5%-i və ölkənin ümumi internet istifadəçilərinin 22,7%-i istifadə edir. Sözügedən sosial şəbəkədən istifadə edənlərin 478 mini 18-24 yaş arasındadır.
"Facebakers"in versiyasına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Böyük Britaniya, Türkiyə və Fransa daxildir. "Facebook" istifadəçilərinin ümumi sayı zaman ötdükcə daha da artmaqda davam edir. "Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb. Bu gün servisdən dünyanın 60 dilində, eləcə də Azərbaycan dilində istifadə olunur. Beləliklə, Facebook şəbəkəsinin "mobil" istifadəçilərinin sayı xüsusilə Afrikada böyük sürətlə artır. Buna səbəb mobil telefonların Afrikada getdikcə daha çox ödəniş vasitəsinə çevrilməsidir. Təkcə Keniyada 16 mln istifadəçi mobil telefonlardan istifadə edərək Facebook şəbəkəsinə daxil olur. Facebook şəbəkəsinin Rusiyada hazırda 7 mln istifadəçisi var, bu göstəriciyə görə, Facebook 100 mln istifadəçəsi olan Rusiyanın Vkontakte rusdilli şəbəkəsindən xeyli geridədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB