Baş prokuror Şirvanda vətəndaşlarla görüşüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün Baş prokuror Zakir Qaralov Şirvan şəhərində prokurorluğun binasında Şirvan şəhəri daxil olmaqla Salyan, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarından olan vətəndşları qəbul edib.
Qəbul zamanı vətəndaşlar baş prokurora sərbəst şəkildə müraciətlərini ediblər. Zakir Qaralov vətəndaşlar tərəfindən olunan müraciətlərlə bağlı yerindəcə göstərişlər verərək şikayətlərin dərhal, yenidən araşdırılacağını bildirib. Vətəndaşlar səmimi qəbula və dinlənilmələrinə görə baş prokurora minnətdarlıqlarını bildiriblər. Baş prokurorun qəbuluna 30 qədər vətəndaşlar yazılsada sonradan gələn insanlarda qəbul ediləcəkdir. Qəbul hələ davam edir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB