Elşən Musayev: “Milli Şura rəzilliyin son dayanacağındadır...”

Elşən Musayev: “Milli Şura rəzilliyin son dayanacağındadır...”

"Radikal müxalifətin mitinq strategiyası artıq tam anlamsız və anlaqsız bir məzmun alıb. Siyasi məram və məqsəd keçib ikinci plana. Ortalıqda komplekslərdən savayı heç nə görünmür. Və deyim ki, elə dekabrın 15-nə planlanan aksiyanın da tək məqsədi "Milli Şura"nın var olduğunu göstərmək cəhdidir. İnanın, başqa heç nə! Və yaxud özlərinə, ətrafdakılara sübut etmək istəyirlər ki, biz də varıq. Eyni zamanda xarici dövlətlərdən pul, qrant qoparmaq üçün yeni mövzu açırlar. Vəssalam". SIA xəbər verir ki, bu sözləri politoloq Elşən Musayev "Milli Şura"nın 15 dekabra təyin etdiyi mitinqlə bağlı fikirlərini bölüşərkən söyləyib.

"Amma real mənzərəyə istinadən bir tərəfdən bunları heç qınamaq da olmaz. Niyə? Çünki, son dərəcə rəzil durumdadırlar. Neyləsinlər? Əlacları nədir? Əlbəttə ki, çıxılmaz vəziyyətdə ənənəvi sirk nömrələrini yenidən göstərməli, keçirdikləri mtinqlərə o qəzetdən-bu qəzetdən, qohum-əqrəbadan, qonşudan, tanışdan-bilişdən xahişlə-minnətlə adam toplamalıdırlar. Başqa çarəmi var? Təbii ki, xeyr. Onsuz da hara baxsalar, hansı tərəfə istiqamətlənsələr son dayanacaqdır. Biabırçılığın, rəzilliyin, fiaskonun dayanacağı! Ora da çoxdan çatıblar. Sadəcə mindikləri qatardan düşmək istəmirlər. Həmin dayanacaqda dirəşə-dirəşə, vurnuxa-vurnuxa qalıblar..

İndi də özlərinə əl qatıblar ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın vaxtını 2 saat əvvələ çəkib və guya bu dəyişiklik hakimiyyət tərəfindən aksiyanı pozmaq cəhdidir. Əsas da eyni adlı məsələdə Əli Kərimli canfəşanlıq edir. Və ya təsəvvür edin, hələ mitinqə 2 gün qalıb, amma bunlar konkret tarixi belə öz kamikadze yoldaşlarına çatdırma imkanına, resursuna sahib deyillər. Amma danışanda xalq adından danışırlar, millət adından danışırlar.

Yoxdur bu insanların perspektivi! Nə özlərinin, nə ideyalarının nə də lüzumsuz mitinqlərinin! Dekabrın 15-nə təyin etdikləri mitinqdən də xüsusi özəllik gözləməyə dəyməz. Yəni hər zamankı kontekstdədir: Ortalıqdakı suyu bulandırmaqdan, diqqət cəlb eləməkdən, eyni zamanda "siyasi dilənçilikdən"savayı bir anlam daşımır. Daşıya da bilməz! Çünki, radikal müxalifət çox gözəl anlayır ki, ediləcək şey ən qalmayıb artıq. Ən yaxşı halda uğursuz mitinqlərin estafetini davam etdirmək olar. O da bir yerə qədər" - deyə politoloq fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə