Baş prokuror Şirvanda vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bugün Baş prokuror Zakir Qaralov Şirvan şəhərində prokurorluğun binasında Şirvan şəhəri daxil olmaqla Salyan, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarından olan vətəndşları qəbul edib. Qəbul zamanı vətəndaşlar baş prokurora sərbəst şəkildə müraciətlərini etdilər. Zakir Qaralov vətəndaşlar tərəfindən olunan müraciətlərlə bağlı yerindəcə göstərişlər verərək şikayətlərin dərhal yenidən araşdırılacağını bildirdi. Vətəndaşlar səmimi qəbula və dinlənilmələrinə görə Baş prokurora minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Baş prokurorun qəbuluna 50-ə qədər vətəndaş yazılsa da, sonradan gələn insanlar da qəbul ediləcək. Qəbul hələ davam edir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB