Avstraliyada Bakıda keçiriləcək II "Müştərək Cəmiyyətlər" Forumuna hazırlıq məqsədilə III koordinasiya toplantısı təşkil olunub. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, toplantının keçirilməsində əsas məqsəd Forumun gündəliyinin, tərəfdaşların və çıxışcıların müəyyənləşdirilməsi olub.
III Koordinasiya toplantısında Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti xanım Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Serageldin, Bolqarıstanın sabiq Prezidenti, Mərkəzin İdarə Heyətinin üzvü Petar Stoyanov, Niderlandın sabiq Baş naziri, Madrid Klubunun 2010-2013-cü illərdə prezidenti Vim Kok, Qırğızıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü xanım Roza Otunbayeva, YUNESKO "Broadband" komissarı, Mərkəzin üzvü səfir Valter Füst, Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri Giuli Alasaniya, İspaniyanın sabiq Xarici işlər naziri, Madrid Klubunun Baş katibi Karlos Vestendorp iştirak edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 27-30 aprel tarixlərində II Müştərək Cəmiyyətlər Forumunun keçirilməsi planlaşdırılır. İsgəndəriyyə Kitabxanası, Dünya Elm və Mədəniyyət Akademiyası, Roma Klubu, Green Cross İnternational, World Future Council, Avropa Elm və Mədəniyyət Akademiyası kimi beynəlxalq institutlar Forumun rəsmi tərəfdaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB