Ötən ay dövlət sərhədini pozduqlarına görə üçün 53 nəfər saxlanılıb

Ötən ay dövlət sərhədini pozduqlarına görə üçün 53 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin noyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçıhğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 53 nəfər saxlanılıb, onların 14 nəfəri Azərbaycan Respublikası, 13 nəfəri Özbəkistan, 12 nəferi Nigeriya, 5 nəfəri Türkiyə, 3 nəfəri Moldova, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Əfqanıstan, 1 nəfəri Gürcüstan, 1 nəfəri Mali vətəndaşı olub. Sərhəd rejim qaydalannı pozarkən yaşıl sərhəddə 5 halda 10 nəfər, Xəzər dənizində 29 halda 41 nəfər saxlanıiaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 200 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitəiərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 12 halda 28 kiloqram 393,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilmesinin qarşısı alınıb.

Noyabnn 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran Regional Şöbəsinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat tədbiri nəticəsində AZ 90-DU-326 dövlət nömrə nişanlı "Otoyol" markalı mikroavtobus Saatlı rayonu ərazisində dayanıb və sürücüdən əl yükünü qəbul edərkən Saatlı rayon sakinləri Səmədova İlhamə Məmməd qızı, Səmodov Ruslan Cavid oğlu və Səlimov Elsevər Vidayət oğlu saxlanılıblar. Yükə baxış zamanı bağlamada 2 kiloqram həşiş aşkar oiunaraq götürülüb.

Noyabr ayının 4-də saat 22:00 radələrində Biləsuvar rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İran İslam Respublikası tərəfdən, iki nəfərin Azərbaycan Respublikası tərəfdən mühəndis qurğusuna yaxınlaşması vo İrandan Azerbaycan tərəfə naməlum əşyanın ötürüldüyü sərhəd naryadı tərəfindən müşahidə olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Cəfərov Vüsal Nazim oğlu və Abdullayev Mahir Ələsgər oğlu saxlanılıb, onların üzərlərinə baxış zamanı 11 kiloqram marixuana aşkar olunub.

Noyabrın 6-da saat 21:30 radələrində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçmək istəyən bir nəfər İran vətəndaşı, 1977-ci il təvəllüdlü Mehriban Məhəmmədəli Mövsün saxlanılıb və onun üzərindən 10 kiloqram tiryək aşkar olunaraq götürülüb.

"Astara" sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən noyabrm 5-də Astara rayon sakini Mirzəyev Səyavuş Həsənağa oğlunun üzərindən 287 qram tiryək, noyabrm 10-da Gəncə şəhər sakini Əliyev Elşən Əli oğlunun üzərindən 650 qram tiryək, 19 qram heroin, noyabrın 20-də Lənkəran rayon sakini Kərimov Elvin Əbülfət oğlunun mədəsində gizlətdiyi 7 bükümdə 41,4 qram heroin, noyabrm 28-də Lənkəran rayon sakini İskəndərov Şahin Əyyub oğlunun üzərindən 168 qram "Metamfetarnin" həbi, 101 qram heroin, noyabrm 30-da Lənkəran rayon sakini İsazadə Şahin Məsti oğlunun bədəninin daxili orqanmda gizletdiyi 116 qram heroin aşkarlanaraq götürülüb.

"Xanoba" sərhəd nəzarəti məntəqəsində noyabrın 23-də Rusiyadan Azərbaycana keçərkən Rusiya vətəndaşı Qalacov Amirulla Şahmid oğlunun idarə etdiyi "VA2-21043" markah H755-KX-05RM nömrə nişanlı avtomobilin müxtəlif yerlərində gizlədilmiş 9 bağlamada 3,9 kiloqram çətənə bitkisi aşkar olunaraq götürülüb. Qaçaqmalçıhğa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 48 halda ümumi dəyəri təqribən 339 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd tüfəng, 2 ədəd pnevmatik tapança, 2 ədəd 3 mm-lik patron, 3059 ədəd piston, 44 ədəd giliz, 140 kiioqram barıt, 1 ədəd durbin, 698 ədəd pirotexniki vasitə, 159 ədəd mobil telefon, 400 qram qızıl zinət əşyaları, 171400 Avropa valyutası, 26 baş iribuynuzlu heyvan, müxtəlif dərman preparatlan, spirtli içki və digar istehlak malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə