Ermənistanda doğum səviyyəsi 2 dəfə aşağı düşüb

Ermənistanda doğum səviyyəsi 2 dəfə aşağı düşüb

Ermənistanda sosial-iqtisadi problemlər dözülməz həddə çatıb. SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, son 20 il ərzində Ermənistanda doğum səviyyəsi 2 dəfə aşağı düşüb. Artıq Ermənistanda produktiv 1 anaya düşən uşaq sayı 1,3-dən aşağı enib. Bu isə bir millətin nəslinin kəsilməsi üçün ən real təhlükədir.

Məlumatda qeyd olunub ki, Ermənistanda elə bir sahə yoxdur ki, orada problem olmasın. Acınacaqlı vəziyyətin hökm sürdüyü sahələrdən biri də Ermənistan ordusudur. Əsgərlər arasında qanlı haqq-hesablar baş verir. Bütün bunların kökündə isə bitib tükənməyən korrupsiya və rüşvətxorluq halları, anarxiya dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə