Lerikdə Ümummilli liderin anım mərasimi keçirilib FOTOLAR

Lerikdə Ümummilli liderin anım mərasimi keçirilib FOTOLAR

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibəti ilə Lerik rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər ulu öndərin Lerik şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, abidə önündə gül-çiçək dəstələri qoyaraq ulu öndərə öz ehtiramlarını bildiriblər. SİA-nın Cənub bürosunun məlumatına görə,Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanışlıqdan sonra ulu öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən Lerik şəhərində ehsan süfrələri təşkil olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə