Lənkəranda Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilib FOTOLAR

Lənkəranda Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilib FOTOLAR

Azərbaycan xalqının dahi oğlu, zəmanəmizin görkəmli siyasi xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 10 il keçir. İllər keçsə də bu əzəmətli şəxsiyyət ruhən həmişə bizimlədir. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır. SİA-nın Cənub bürosunun məlumatına görə, dekabrın 12-də respublikamız hər yerində olduğu kimi Lənkəranda da Ümummilli Liderin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında Ulu Öndərin əzəmətli heykəlini ziyarət edib, önünə təzə-tər qərənfillər qoyub.

Sonra İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, hərbi hissələrin şəxsi heyəti abidənin önünə gül dəstələri düzərək öz ehtiramlarını bildiriblər.

Daha sonra İcra başçısı Taleh Qaraşov digər rəsmilərlə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin ömür yolunu əks etdirən ekspozisiya baxış keçiriblər.

Həmin gün "Şah" sarayında Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə