Tərtər rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, ictimaiyyət nümayəndələri, ziyalılar, eləcə də rayon sakinləri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan meydanda anım mərasiminə qatılıblar. Ceyhun Cəfərov və rəsmilər Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini hörmətlə yad ediblər.
Daha sonra meydana toplaşan digər insanlar da Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Ağdamda da Ümummilli Lider Heydər Əliyev yad edilib. İctimaiyyət nümayəndələri ilə yanaşı rayon rəhbərliyinin də qatıldığı anım mərasimində ilk olaraq rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov şəhərin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub. Cəbhə bölgəsində keçirilən mərasimdə 3 min nəfərdən çox rayon əhalisi də Ümummilli Liderin abidəsini ziyarət edib.
Ulu Öndər Heydər Əliyevin anım günü Bərdədə də qeyd olunub. Mərasimdə İcra başçısı Vidadi İsayev, təhsil və səhiyyə ocaqlarının işçiləri, hüquq- mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Həmçinin N hərbi hissəsinin əsgərləri də Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına qərənfillər qoyublar. Daha sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən foto şəkillərdən ibarət sərgiyə baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB