Bütün ordu korpusları üzrə xidmətə qəbul elan edilib

Azərbaycan Müdafiə Nazirliyi bütün ordu korpusları üzrə xidmətə qəbul elan edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər.

Əlavə məlumat üçün 538-61-74 nömrəli telefona (həftənin bazar ertəsi-cümə günləri, saat 10.00-dan 12.00-dək və 16.00-dan 18.00-dək) müraciət oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...