ARGTMŞ nümayəndəsi 4 –cü Avropa Ərəb Gənclər Forumunda iştirak edib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Orxan Məmmədli 4 –cü Avropa Ərəb Gənclər Forumunda iştirak edib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Avropa Gənclər Forumu və Ərəb Dövlətləri Liqası tərəfindən həyata keçirilən forum, 8-11 dekabr 2013-cü il tarixlərində Qətərin paytaxtı Dohada reallaşıb.
Forumun əsas məqsədi Avropa və Ərəb dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və mədəniyətlərarası dialoqda avropalı və ərəb gənclərinin iştirakının təmin edilməsidir.
Forumda Azərbaycanla yanaşı, 18 Avropa və Ərəb dövlərindən 65 iştirakçı çıxış edib. Forumda Cənubi Qafqaz dövlətləri arasında yalnız Azərbaycan iştirak edib.
Forum zamanı iştirakçılar işçi qruplarında insaq hüquqlar və gənclərin həyatı , gənclər siyasətində gənclərin iştirakı və bu səpkidə bir sıra mövzularda müzakirələr aparıblar.
4-cü Ərəb- Avropa Gənclər Forumu Yaxın Şərq regionu və onun qonşuluğunda sülh və insan hüquqları kontekstində əməkdaşlıq və dialoqun qurulması təşəbbüsü ilə başlayıb. Forumun sonunda isə iştirakçı dövlətlər arasında Doha Gənclik Bəyamnaməsi imzalanıb.
Qeyd edək ki, ARGTMŞ 2000-ci ildən Avropa Gənclər Forumunun tam hüquqlu üzvüdür. 2013-cü ilin aprel ayında isə Avropa Gənclər Forumunun Məşvərətçi Şurasının üzvü seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB