Sabah da qar yağacaq DİQQƏT

"Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında əsasən gecə və axşam hava şəraitinin yağıntılı olacağı, qar yağacağı gözlənilir. Müşahidə olunan şimal-qərb küləyi sabah gündüz saatlarında mülayimləşəcək". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə saatlarında 0-4 dərəcə şaxta, gündüz saatlarında isə 2-4 dərəcə isti olacağı proqnozlaşdırılır: "Sabah Azərbaycanın rayonlarına fasilələrlə qar yağacaq, lakin gündüz saatlarında yağıntıların kəsiləcəyi gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə saatlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 3-4 dərəcə şaxta olacağı gözlənilir".

Şöbə müdiri onu da qeyd edib ki, ayın 14-də də gecə və axşam saatlarında hava şəraiti yağıntılı olacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə