Şirvanda Ulu Öndərin anım günü keçirilib FOTOLAR

Şirvanda Ulu Öndərin anım günü keçirilib FOTOLAR

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkəsində qeyd edilir. Xalq dahi rəhbərini hər zaman anır, onun xatirəsini əziz tuturlar. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hər il olduğu kimi bu ildə şirvanlılar Heydər Əliyevin xatirəsini anmaq üçün səhər saatlarında meydana toplaşıblar.

Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzdülər. Ulu Öndərin xatirəsini yad edərək ehtiramlarını bildirdilər. Anım günü ilə əlaqədar mərasimlər gün ərzində davam edəcək. Axşam saat 18:00-da Şirvan şəhər icra hakimiyyətinin təşkil etdiyi ehsan süfrəsi veriləcək.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə