"Cəzaçəkmə müəssisələrində oğru ideyalarına qətiyyən yol verilmir"
"Azərbaycanın cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişaf etməsinə qətiyyən yol verilmir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev bildirib.
M.Quliyev bildirib ki, bəzi KİV-lərdə cəzaçəkmə müəssisələrində "qanuni oğrular"ın müəyyən ixtiyar sahibi olması barədə gedən informasiyalar həqiqətəuyğun deyil: "Təbii ki, cinayətkar aləmə yaxın olan məhkumlər müəyyən addımlar atmağa cəhd edirlər. Bu, ötən əsrin əvvələrində də mövcud olub. Ancaq Penitensiar Xidmətin əməkdaşları lazımı əməliyyat apararaq bunun qarşısını alır".
PX rəisi həmçinin deyib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində məhkumlar əsasən narkotika cinayətlərinə görə cəza çəkirlər. Bu, ümumi məhkumların sayının beşdə bir hissəsini təşkil edir.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB