Nazirlər Kabineti Yeni illə bağlı qərar verdi qeyri-iş günlərinin sayı artırıldı

Dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub. Nazirlər Kabineti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, qərara əsasən, dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub. Yəni iş günü bir də yanvarın 7-də başlayır.

Bunun əvəzində isə dekabrın 28 və 29-u, yəni şənbə-bazar günləri iş günü hesab olunacaq. Bütün dövlət müəssisə və təşkilatları öz qrafiklərini buna uyğun qurmaldırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə