Azercell təqdim edir Huawei smartfonları inanılmaz qiymətlərə!

Azercell təqdim edir Huawei smartfonları inanılmaz qiymətlərə!

Daim müştərilərini müxtəlif yeniliklərlə sevindirən Azercell Telekom fakturalı xətt abunəçiləri üçün yeni bayramqabağı kampaniyaya start verdi. Kampaniya çərçivəsində abunəçi özündə milli dəqiqələri,sms və mobil interneti birləşdirən əlverişli paketlərdən birinə qoşulmaqla Huawei Ascend P6 və Huawei Ascend Y511 telefonlarını 39AZN və ya 99AZN dəyərində inanılmaz qiymətə əldə edə bilərlər.

Sözügedən kampaniyanın üstünlüklərindən istifadə etmək üçün müştərilər Bakıda və regionlarda yerləşən Azercell Ekspress (AzEx) ofislərinə və Azercell şirkətinin diler satış məntəqələrinə müraciət edə bilərlər. Kampaniya 28.02.2014 tarixinə qədər keçirilir. Kampaniya haqqında daha ətraflı məlumatı bu internet ünvanından ala bilərsiniz: http://www.azercell.com/ru/personal/campaigns/devices/huawei_double

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə