Gəncədə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Gəncədə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, sonra şəhər rəhbəri Heydər Əliyev dühasının qüdrətindən, əbədiliyindən və bəşəri dəyələrə malik olduğundan danışıblar.

Elmar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurub: "Ulu Öndər Hakimiyyətə gəlişi ilə siyasi sabitlik yaradıb, ən güclü iqtisadi müqavilələrə nail olub, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı vahid dövlət kimi tanıdıb. Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Məhz bunun nətiсəsidir ki, Azərbayсan hazırda dünya dövlətləri arasında böyük nüfuz qazanıb".

Daha sonra monitorda Ulu öndərin həyatından fraqmentlər nümayiş olunub.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra şair Aydın Murovdağlının Ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Türkün alın yazısı" poeması əsasında hazırlanmış tamaşa göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə