Gəncə şəhərində "Nuri" MMC-də həkim-cərrah işləyən Nurəddin Həmzəyev dələduzluqda ittiham olunur. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın Qərb bürosuna verilən məlumata əsasən şəhər sakini 47 min 300 manat pulunun mənimsənilməsi ilə bağlı polisə şikayət edib. Fəxrəddin Babayev polisə müraciət edərək bildirib ki, Nurəddin Həmzəyev tərəfindən aldadılaraq pulu mənimsənilib. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, N. Həmzəyev ötən ilin noyabr ayından başlayaraq hissə-hissə F. Babayevin 47 min 300 manat pulunu mənimsəyib. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır. N. Həmzəyev artıq saxlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB