Sərhədlərin demarkasiyası ilə bağlı Azərbaycan və Rusiya arasında növbəti görüş Bakıda keçiriləcək
"Sərhədlərin demarkasiyası ilə bağlı Azərbaycan və Rusiya arasında növbəti görüş Bakıda keçiriləcək. Hazırda sərhədlərin delimitasiyası ilə bağlı ikinci mərhələ sərhədlərin demarkasiya məsələsidir. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezident İlham Əliyev və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev tərəfindən iki ölkə arasında artıq bu barədə sərhəd xəritəsi imzalanıb: "Sonra xarici işlər nazirləri bunu imzaladılar. Beləliklə, həm onların dövlət duması, həm də Azərbaycan parlamenti bu sənədləri ratifikasiya edib və bu hüquq tərəfdən təsdiqlənib. Yəni, biz xəritə, sənəd, kağız üzərində bu işləri gördük. İndi mərj nişanları koordinatlara uyğun olaraq yerə bərkidilməlidir. Bu ən məsuliyyətli və ağır məsələdir. Rusiya tərəfinin dəvətilə bu yaxınlarda Moskva şəhərinə toplaşdıq. Vahid bir sistem qəbul olunub. Hazırda biz bunu öyrənirik. Diplomatik kanallarla məsələ həll olandan sonra demarkasiya işlərinə başlanacaq. Bununla bağlı növbəti görüş Azərbaycanda keçiriləcək".
Gürcüstanla sərhəd məsələsinə gəlincə, Q.Məmmədov qeyd edib ki, bizim onlarla 480 km sərhədimizin və onun 300 km-i hər iki tərəfdən razılaşdırılıb. Onun sözlərinə görə, 180 km isə razılaşdırılmayıb: "Ekspertlər səviyyəsində məsələ ilə bağlı görüş keçirilib, həm bizim mütəxəssislər Gürcüstanda olublar, həm də onların mütəxəssisləri Azərbaycanda olub. Onlar razılığa gələndən sonra ekspertlər səviyyəsində komissiyada məsələ qaldırılacaq və burada biz qərar qəbul edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB