Yevlaxın səhiyyə müəssisələrində xidmətlər tam dövlət vəsaiti hesabınadır REAKSİYA

Səhiyyə müəssisələrində göstərilən xidmətlər tam dövlət vəsaiti hesabına həyata keçirilir. Bunu SİA-nın əməkdaşına Yevlax şəhər Mərkəzi Xəstəxanasından bildiriblər.

Bu açıqlamanın verilməsinə səbəb isə Yevlax şəhərində əhaliyə göstərilən səhiyyə xidmətinin son illər yaxşılaşdırılması sahəsində aparılan işlərə kölgə salmaq məqsədilə bəzi Kütləvi İnformasiya Vasitələrində həqiqətə uyğun, hec bir əsası olmayan yazılardır. Həmin yazılarda göstərilir ki, guya Yevlax şəhər Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənmir və hansısa yollarla mənimsənilir.

Xəstəxananın səlahiyyətlisi bildirib ki,həmin yazılarda göstərilənlər tamamilə şər və böhtandır: "Belə ki, ayrılmış vəsaitlər üzrə tam şəffaf şəraitdə tenderlər keçirilmiş, qalib təşkilatlar tərəfindən tam şəkildə öhdəliklər icra olunmuşdur. Səhiyyə müəssisələrimizdə göstərilən xidmətlər tam dövlət vəsaiti hesabına həyata keçirilir. Əksinə son illər Yevlax şəhərində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi əsaslı olaraq yaxşılaşmışdır. Yevlaxda əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədilə təcili təxirəsalınmaz tibbi yardım stansiyası yaradılmış, bu ilin sentyabr 10-da ölkə rəhbərinin iştirakı ilə müasir standartlara cavab verən 180 çarpayılıq 4 mərtəbəli yeni xəstəxana binası istifadəyə verilmişdir. Bir daha yazılanların yalan və heç bir əsası olmayan məlumatlar olduğunu qeyd edərək bildiririk ki, bu yazılar kimlərinsə subyektiv maraqlarına qulluq edən məlumatlardan başqa bir şey deyildir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...