Prezident Dövlət Mükafatları Komissiyasının yeni tərkibini təsdiq edib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Artur Rasi-zadə Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
İsmayıl Sadıqov - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri
Akif Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru
Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin rektoru
Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru
Aqşin Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi
Altay Hacıyev - xalq rəssamı
Arif Məlikov - xalq artisti
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Mövlud Süleymanlı - xalq yazıçısı
Bu fərmanla Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi" ləğv edilir.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə