Beynəlxalq İnsan Haqları Gününə həsr edilən tədbir keçirilib YENİLƏNİB

Bu gün Ombudsman Aparatında 10 dekabr-Beynəlxalq İnsan Haqları Gününə, BMT-ni Ümumdünya İnsan Hüquqları Bəyənnaməsini 65 illiyinə həsr olunan "İnsan Hüquqlarının Təmini Azərbaycan Dövlətinim Ali Məqsədidir" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə tədbirdə millət vəkilləri Fazil Mustafa, Rəbiyyət Aslanova, İnsan hüququları ilə bağlı QHT- nümayəndələri, BMT rəsmiləri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Ombudsman Elmira Süleymanova bildirib ki, cari ilk ölkəmiz və Azərbaycan xalqı üçün çox mühüm il olub. Onun sözlərinə görə, bu il ölkədə keçirilən Prezident seçkilərində xalqımız bir daha öz iradəsini ortaya qoyub.

İnsan hüquqları ilə bağlı danışan E.Süleymanova bildirib ki, ölkəmizdə ilk dəfə bu istiqamətdə atılan əsas addımlardan biri 1998-ci ildə ölüm cəzasının ləğv edilməsi olub. 10 dekabr tarixinin dünyada önəmli gün kimi qeyd edildiyini dilə gətirən Ombudsmanın sözlərinə görə, bu gün ölkəmizdə də çox geniş şəkildə qeyd edilir. Ombudsman həmçinin vurğulayıb ki, BMT-nin bu istiqamətdə qəbul etdiyi mühüm Bəyənnaməsi var ki, artıq o sənəddən 65 il keçir.

Ölkəmizə qarşı həyata keçirilən işğalçılıq siyasəti nəticəsində bir çox insanın hüquqlarının pozulduğunu dilə gətirən E. Süleymanova qeyd edib ki, torpaqlarımızın 20 faizindən çoxunun erməni işğalçıları tərəfindən tutulması 1 milyondan çox insanın öz yuvalarından qaçqın və məcburi köçkün düşməsinə səbəb olub.

Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk Azərbaycan İnsan haqları ilə bağlı aparılan işlərdən məmnun olduğunu dilə gətirib. O bildirib ki, BMT bu məsələlərdə hər zaman Azərbaycanı dəstəkləyir bundan sonra da dəstəkləməyə davam edəcək.

Tədbirin davamında insan hüquqları ilə bağlı keçirilən məqalə yarışmasında qalib gəldiklərinə görə bir neçə qəzet jurnalis Ombudsman Aparatı tərəfindən diplom və hədiyyələrlə müafatlandırılıblar.

Bundan əlavə tədbirdə Ombudsmanın "Mən və hüquqlarım" mövzusunda keçirdiyi uşaq rəsm müsabiqəsinin qalibləri mükafatla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...