Aydın Hüseynov: “15 dekabr mitinqi müxalifətin iflasını bir daha təsdiqləyəcək”
"Müxalifətin mitinqləri həmişə nə ilə nəticələnibsə, 15 dekabr mitinqinin sonluğu da eyni olacaq". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rasyon təşkilatının sədri Aydın Hüseynov Milli Şuranın 15 dekabr mirinqinə münasibət bildirərkən deyib.
Aydın Hüseynov əlavə edib ki, həmişə boyundan yuixarı tullanmağa çalışan, iddalı danışan radikal müxalifətin mitinqlərinə bir-iki min adam çıxıb: "Bu da onların sosial dayaqlarının, cəmiyyətdən dəstəklərinin olmaması ilə bağlıdır. Müxalifət həmişə düşünülməmiş addım atdığına görə, gülünc vəziyyətə düşüb. Bu da onların siyasi savadsızlığı və vəziyyəti düzgün qiymətləndirə bilməmələri ilə bağlıdır. Bir zamanlar onlar narıncı rəngə boyanmışdılar, daha sonra ərəb ölkələrində baş verənlərdən ruhlanaraq bu iğtişaşları Azərbaycana daşımaq istədilər. Bunların da hamısı fiasko ilə nəticələndi. Çünki cəmiyyət antimilli addmlara heç bir zaman dəstək verməyib və verməyəcək. İndi də Ukraynada baş verən hadisələrdən ruhlanıblar. Fikir verirsinizsə, yenə də icazəsiz mitinq keçirməklə təxribat törətməyə çalışırlar. İstənilən halda xalqımız bu addımlara qarşıdır və bunu hər zaman göstərib. 9 oktyabrda da xalq iradəsini bir daha ortaya qoydu və cənab prezidentin yanında olduğunu nümayiş etdirdi. Buna görə də 15 dekabr mitinqi müxalifətin iflasını bir daha təsdiqləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB