İranda “Xudafərin” jurnalının növbəti nömrəsi nəşr olunub

İranda “Xudafərin” jurnalının növbəti nömrəsi nəşr olunub

İranda "Xudafərin" jurnalının növbəti nömrəsi Azərbaycan türkcəsində və farsca nəşr olunub. Azərbaycan türkcəsində olan yazılar ərəb və latın qrafikalı əlifbalarda yer alıb.

Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əhatə edən seçmələrlə oxucuların görüşünə gələn jurnalda Azərbaycan Respublikası Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun dünya şöhrətli şair-mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı barədə elmi məqaləsi, Ələddin Danyalinin böyük şair Məhəmməd Hüseyn Şəhriyarın yaradıcılığına həsr olunmuş təhlili yazısı, dilçi alim Əli Daşkının "Aşıq öyrətmən" dramı, müasirlərdən Fərəməz Əhmədi, Yadulla Nemətpur, Qədir Zəfəri və digərlərinin şeirləri və s. maraqlı materiallar yerləşdirilib.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Bütün xəbərlər Facebook səhifəmizdə