Bu gün 10 dekabr "Beynəlxalq İnsan Haqları" günüdür. SİA-nın məlumatına görə, ilk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilən "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir. Keçən əsrdə insan haqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunan "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olub. 1950-ci ildən başlayaraq isə 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
Avropada insan hüquqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada bu konvensiyaya əsaslanan real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB