İşgüzar adamlar üçün həftəlik ulduz falı

İşgüzar adamlar üçün həftəlik ulduz falı

QOÇLARI Ulduzlar qəti və çevik addımlar atmağa sövq edir. Vəziyyət sizə aydın deyil. Amma hədəfinizi düzgün seçməkdən başqa çarəniz yoxdur. Uğur qazanmaq üçün məsələyə ciddi yanaşmalısınız. Vəziyyəti düzgün qiymətləndirməli, yaxşıca ölçüb-biçməli və yalnız bundan sonra hərəkət etməlisiniz.

BUĞALAR bütün dünyaya müharibə elan etməkdənsə vəziyyətə uyğunlaşmalıdırlar. Necə və nə zaman hərəkət etmək barədə işarəni məqamında gözəgörünməz qüvvədən alacaqsınız. Taleyinizdəki dəyişikliklərə sakit yanaşmalısınız. Uğur qazanmaq üçün o qədər imkanınız var ki.

ƏKİZLƏRƏ heç kəs zəmanət verməyib ki, işləri yağ kimi gedəcək. Amma bu həftənin uğursuzluqları sizi şoka sala bilər. Çətinliklərin biri bitəcək, o birisi başlayacaq. Əsla ruhdan düşməyin. Unutmayın ki, sınaqlar sizi daha güclü və dözümlü edir. Uğur qazanmaq həm də bir uğursuzluqdan o birinə doğru ruh yüksəkliyini itirmədən getməyi bacarmaqdır.

XƏRÇƏNGLƏRƏ Astroloqlar bədbinliyə qapılmamağı məsləhət görürlər. Doğrudur, işdəki durumunuz şənlənməyə əsas vermir, lakin çətinlikləri başınızı dik tutaraq qarşılamalısınız. İşdəki gərginlik davam edirsə, işinizi və ya fəaliyyət sahənizi dəyişdirmək məsləhətdir.

ŞİRLƏRƏ elə gələcək ki, insanlar ya onları eşitmir, ya da saymırlar. Özünüzə inam hissinin itməsi işinizə keyfiyyətinə təsir göstərə bilər. Əvvəlki nüfuzunuzu bərpa etməyə çalışmalısınız.

QIZLAR Ayın təsiri sayəsində planlarını həyata keçirə biləcəklər. Problem yaranmaması üçün səfərdən əvvəl evinizdə səliqə-sahman yaratmalısınız. Daşınmaz əmlak ilə bağlı məsələlər vaxt və böyük səy tələb edəcək. Onlara vaxt ayıra bilmirsinizsə, inandığınız adama etibar etməlisiniz.

Bu həftə Pluton TƏRƏZİ bürcünün təsir dairəsində olacaqdır. Bu təsir sayəsində həmin bürcün nümayəndələri məsələləri həll etmək üçün yeni variantlar tapacaqlar. İnnovasiyalı ideyalar biznesinizin inkişafına kömək edəcəkdir.

Saturn ƏQRƏBLƏRƏ vəziyyəti sağlam qiymətləndirmək və praqmatik yanaşma nümayiş etdirmək imkanı verəcəkdir. Təmkinli və diplomatik addımlar tərəfdaşlar arasında üstünlüyünüzü qoruyub saxlamağa imkan verəcəkdir. Nəticəsinə əminsinizsə, təşəbbüsü ələ alıb, üzərinizə məsuliyyət götürə bilərsiniz. Maliyyə məsələlərinə praqmatik yanaşın.

OXATANLAR bu həftə taleyüklü qərarlar qəbul etməməlidirlər. Yaxşı olar, başa çatmaqda olan ildəki maliyyə durumunuzu təhlil edəsiniz. Biznes tərəfdaşların ürəyinizə yatmayan təkliflərini rədd edin. Belə təkliflərin şərindən-xatasından uzaq olmağa çalışın.

OĞLAQLARI hər sahədə uğur gözləyir. Hər hansı maliyyə yatırımınız sanballı gəlir gətirəcək. Həftə sonu dincəlmək üçün xeyli asudə vaxtınız olacaq. Amma astroloqlar sükanı əldən verməyi məsləhət görmürlər. Sərfəli müqavilələri gözdən qaçıra bilərsiniz.

DOLÇALAR ideyalarını müstəqil qiymətləndirməkdə çətinlik çəkirlərsə, utanmadan məsləhət istəyə bilərlər. İşin içində olduğunuz üçün səhvləri kənardan görə bilmirsiniz. Ona görə də başqalarının köməyinə ehtiyacınız var. Məsələyə düzgün yanaşdığınıza əmin olmaq üçün insanlarla məsləhətləşməlisiniz.

BALIQLAR başa düşməlidirlər ki, zamanın sınağından keçməyən üsullara kor-koranə riayət etmək ağılsızlıqdır. İllüziyaların pəncəsindən qurtulmağa çalışın. Başa düşün ki, həmişə haqlı ola bilməzsiniz, bəzən opponentləri də dinləməlisiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə