Göygöldə qətl törədildi

Göygöl rayonu ərazisində qətl hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Daşkəsən rayon Xoşbulaq kənd sakinin 28 yaşlı Yasin Həsənov Göygöl rayonu Stansiya Qızılca kənd sakini 46 yaşlı Elçin Həsənovu tüfənglə qətlə yetirib. Göygöl rayon Prokurorluğundan verilən məlumata görə hadisə qisas zəminində baş verib. Belə ki, qətlə yetirilən şəxs 9 il bundan əvvəl qanlı hadisəni törədənin qardaşını öldürüb. Xatırladaq ki, qanlı hadisəni törədən Yasin Həsənov və ölən Elçin Həsənov yaxın qohumdular. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Yasin Həsənov saxlanılaraq istintaqa cəlb olunub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə