"Artıq seçki bitib, xalq öz iradəsini nümayiş etdirib. Seçkidən əvvəl necə idisə, indi də ölkəmizdə hər şey öz qaydasındadır. Müxalifətin nə addım atacağı onların öz məqsədlərinə xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov bildirib.
"Milli Şuranın dekabrın 15-də keçirəcəyi mitinqə münasibət bildirən millət vəkili E.İbrahimov qeyd edib ki, müxalifətin bundan sonra atacağı addımlar da heç nəyi dəyişməyəcək: "Milli Şura qrant almaq üçün mitinq keçirmək istəyir. Müxalifət bu cür mahiyyəti bəlli olmayan addımlarla yalnız və yalnız qrant güdürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB